"MTN işi" üzrə növbəti məhkəmə iclası keçirilib

"MTN işi" üzrə növbəti məhkəmə iclası keçirilib
5 Sentyabr 2017
Mətni dəyiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zemfira Məmmədova bacısına yoldaşını həbsdən azad etdirmək üçün 10 min manat verdiyini deyib: "Bacım dedi ki, ərimi azad etdirmək üçün bu pulu bəzi şəxslərə verəcək. Amma sonradan məlum oldu ki, pulu alıb, vədlərinə əməl etmədilər". Zərərçəkmiş deyib ki, bacısı pulu Ceyhun İbayevə verib. Təqsirləndirilən Vüqar Güləliyev pulun ona çatdığını etiraf edib. O deyib ki, Vüqar Əsədov və Ceyhun İbayev ona 20 min manat pul verib. Hakim prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb. Növbəti məhkəmə iclası sentyabrın 14-də keçiriləcək.

Təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun