Meksikada zəlzələ qurbanlarının sayı 61 nəfərə çatıb - 3 günlük matəm elan edilib

Meksikada zəlzələ qurbanlarının sayı 61 nəfərə çatıb - 3 günlük matəm elan edilib
9 Sentyabr 2017
Mətni dəyiş

Meksika prezidenti Enrique Pena Nieto baş vermiş zəlzələ qurbanlarının xatirəsinə 3 günlük matəm olunduğunu bəyan edib.

Abzas.net xəbər verir ki, bu barədə Nieto 5-ci gün, ən böyük dağıntıların baş verdiyi Huçitan (Oahaka ştatı) vilayətinə baş çəkdikdən sonra bildirib.

"Yenilənmiş məlumatlara görə, ümumilikdə 61 nəfər həlak olub. Onlardan 45 nəfəri Oahaka ştatında (45-dən 36-sı Huçitan vilayətində), 12 nəfər Çapas ştatında, 4 nəfər isə Tabasko ştatında həlak olub", - deyə, Meksikanın prezidenti bildirib.

Meksikanın Milli seysmoloji xidmətinin məlumatına görə, zəlzələnin gücü 8.2 bal təşkil edib. Zəlzələnin ocağı 58 km dərinlikdə, episentri isə Tonala şəhərindən cənub-qərb istiqamətində 137 km aralıqda yerləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun