Meksikada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 337 nəfərə çatıb.
Abzas.net xəbər verir ki, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente məlumat verib.
Təbii fəlakət hadisəsi nəticəsində Mexiko daha çox qurban verib. Meksikanın paytaxtında ölənlərin sayının 198 nəfər olduğu bildirilir.
Zəlzələ nəticəsində 400 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 40-ın vəziyyəti ağırdır.
Meksikada 19 sentyabr tarixində 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib.