Laçın icra hakimiyyətində kadr dəyişikliyi olub

Laçın icra hakimiyyətində kadr dəyişikliyi olub
27 Sentyabr 2017
Mətni dəyiş

Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

“Report”un Qarabağ bürosu xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun