Sentyabrın 11-də Krım tatarlarının liderlərindən olan Ahtem Chiygoz Krım məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2014-cü ilin fevralında Simferopolda qanunsuz nümayiş keçirməkdə günahkar bilinib.
Chiygoz Moskva Krımı anneksiya edəndən sonra ləğv olunan Krım tatarları məclisinin sədri idi və 2015-ci ilin yanvarında həbs olunmuşdu.
AŞPA və ATƏT 52 yaşlı Chiygozu və eyni ittihamla həbsdə olan Ali Asanovu və Mustafa Degermendzhy-ni siyasi məhbus sayır və onların azad olunmasına çağırır.