Kataloniyanın rəhbəri Avropa İttifaqının sədrinin referendumla bağlı mövqeyinə təəssüflənib

Kataloniyanın rəhbəri Avropa İttifaqının sədrinin referendumla bağlı mövqeyinə təəssüflənib
30 Sentyabr 2017
Mətni dəyiş

Kataloniya rəhbəri Carles Puigdemont Avropa İttifaqının sədri Antonio Tajani-nin referendumla bağlı mövqeyinə münasibət bildirib.

Abzas.net xəbər verir ki, Puigdemont bu barədə "ARA" qəzetinə açıqlamasında bildirib.

Kataloniyanın başçısı Avropa İtifaqının sədrinin referendumla bağlı İspaniya hakimiyyətini dəstəkləməsinə təəssüfləndiyini bildirib.

"Avropa parlamenti planetin digər nöqtələrində baş verən hadisələrlə bağlı kifayət qədər cəsarətli mövqe göstərir, bizim barəmizdə də nəisə deyə bilərdi. Bu mənada çox təəssüflənmişəm. Avropa İttifaqı öz öhdəliklərinə məhəl qoymadı", - deyə, Puigdemont bildirib.

Onun sözlərinə görə, hal-hazırda çoxluq muxtariyyatın müstəqilliyi ilə bağlı referendumun keçirilməsini dəstəkləyir. Puigdemont əmindir ki, region ona hörmət olunmasına və səsinin eşidilməsinə nail olacaq.

5-ci gün, Avropa İttifaqının Tallində keçirilən sammitinin sonunda Avropa Komissiyasının sədri Jean Claude Juncker bildirib ki, Avropa İttifaqının liderləri Kataloniya referendumunu müzakirə etməyiblər. Bundan əlavə o qeyd edib ki, İspaniya parlamentinin və Konstitusiya məhkəməsinin qərarlarına hörmət edir.

Avropa Parlamentinin sədri Antonio Tajani isə Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendumun qanunsuz olduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun