İspaniyanın Kataloniya muxtar bölgəsində oktyabrın 1-nə planlaşdırılan referendumda seçicilərin səs verəcəyi seçki məntəqəsinin yaxınlığında atışma olub
RİA "Novosti" xəbər verir ki, bökgənin Manleu şəhərində pnevmatik silahdan atəş açılması nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə məktəb binası qarşısında Malyeu Referendum Müdafiəsi Komitəsinin üzvləri polisin məntəqəyə möhür vurmasına mane olmağa çalışdığı zaman baş verib.
Yaralanan şəxslərin vəziyyətlərinin yaxşı olduğu, xəsarətlərinin ciddi olmadığı bildirilib.