"Kanal-13"-ün direktorunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

"Kanal-13"-ün direktorunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
6 Sentyabr 2017
Mətni dəyiş

"Kanal-13" internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, hazırda müdafiə tərəfi iş materialları ilə tanış olur.

Xatırlatma

Əziz Orucov 2 may tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun