“Kataloniyada planlaşdırılan müstəqilliyin əldə olunması ilə bağlı referendum anti-konstitusion xarakter daşıyır və baş tuta bilməz".
Abzas.net xəbər verir ki, bu sözləri İspaniyanın baş naziri Mariano Rajoy deyib. Baş nazir bunun ölkə konstitusiyası ilə ziddiyət təşkil etdiyini bildirib:
“Mən Kataloniya rəhbərliyinin separatçı qərarı ilə əlaqədar olaraq Konsitusiya Məhkəməsində bu referendumun konstitusiyaya zidd olduğuna dair iddia qaldırılması haqda tapşırıq vermişəm".
"Onlar öz müqəddəratını təyin edə bilməz. Bu referendum baş tutmayacaq”, - deyə baş nazir açıqlamasında bildirib.
Bunun əksinə olaraq, Kataloniya parlamentində 1 oktyabr tarixində İspaniyadan ayrılaraq, müstəqillik əldə etməklə bağlı referendumun keçirilməsi haqqında qərar qəbul edib.