İraqda terror aktı törədilib: 74 nəfər ölüb, 93 nəfər yaralanıb

İraqda terror aktı törədilib: 74 nəfər ölüb, 93 nəfər yaralanıb
15 Sentyabr 2017
Mətni dəyiş

İraqın cənubunda yerləşən Di-Kar vilayətində terror aktı törədilib.

Abzas.net xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat verib.

Terrorçular Nəsirə şəhərindən qərb istiqamətində yerləşən kafeyə hücum ediblər, eləcə də Di-Kar və Mutanna vilayətləri aralığında maşını partladıblar.

Terror aktı nəticəsində 74 nəfərin öldüyü, 93 nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə vilayətin səhiyyə departamentinin rəhbərinin müavini Abdel Husein al-Jabri məlumat verib.

Ölənlər arasında İran vətəndaşlarının da olduğu qeyd edilir.

"Sky News Arabia" kanalının məlumatına görə, İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun