İraq hökuməti Kürdüstanının müstəqillik referendumuna dair qərar qəbul edib

İraq hökuməti Kürdüstanının müstəqillik referendumuna dair qərar qəbul edib
18 Sentyabr 2017
Mətni dəyiş

İraq Ali məhkəməsi İraq Kürdüstanının müstəqillik referendumunun dayandırılması barədə qərar qəbul edib.

"Agence France-Presse" agentliyinin yazdığı məlumata görə, məhkəmə bu gün qərar çıxarıb.

İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib.  ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. İraq Kürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib. APA

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun