Prezident İlham Əliyev Elçin İsağa oğlu Quliyevi ordenlə təltif edib.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.
Elçin Quliyev Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisidir.