Hüquq müdafiəçiləri prezidenti məhkəməyə verəcək

Hüquq müdafiəçiləri prezidenti məhkəməyə verəcək
30 Sentyabr 2017
Mətni dəyiş
ABŞ-ın Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı (ACLU) prezident Donald Trampın imzaladığı son miqrasiya fərmanı ilə əlaqədar ölkə başçısına qarşı məhkəmə iddiası qaldıracaqlar

Reuters agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ACLU-nun yaydığı bəyanatda bildirilir.

Sentyabrın 25-də Tramp 8 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb.

Fərmanla KXDR, Venesuela, Çad, İran, Suriya, Somali, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub.

Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun