ABŞ-da baş verən "Harvey" qasırğası nəticəsində ölənlərin sayı artır.
Abzas.net xəbər verir ki, bu barədə Texas rəhbərliyinə istinadən "Asssociated Press" məlumat yayıb.
Təbii fəlakət nəticəsində 60 nəfərin öldüyü 20-yə yaxın insanın itkin düşdüyü bildirilir.
Bir müddət öncə Texasın qubernatoru Greg Abbot qasırğanın fəsadlarının aradan qaldırılması üçün ştata 150-180 milyard dollar lazım olacağını bildirib.
Beləliklə, "Harvey" ABŞ-da baş vermiş ən dağıdıcı təbii fəlakət olaraq tarixə keçəcək.