Gürcüstan hökuməti Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın Ermənistanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri təyin olunmasına aqreman verməkdən inadkarcasına imtina edir.
"Report" "Jamanak" qəzetinə istinadən xəbər verir ki, Gürcüstan hökuməti S.Minasyanı arzuolunmaz şəxs hesab edir.
Qəzetin məlumatına görə, rəsmi Tbilisinin S.Minasyanın əməldə Ermənistanı yox, Rusiyanı təmsil edəcəyinə dair ciddi şübhələri var.