ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli dövlət katibi postunda Reks Tillersonu əvəz edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri hökumətdəki mənbələrinə istinadən yazıb.
"Ötən həftə Tillersonun gedişi və Heylinin onun yerini tutacağı barədə davamlı şayiələr yayıldı", - adının açıqlanmasını istəməyən məmur bildirib.
Dövlət Departamentinin bir neçə keçmiş və hazırda işləyən rəsmiləri nəşrə açıqlamalarında şayiələrin Tillerosnun publika önünə az-az çıxması və məsələn, İranın nüvə sazişinə əməl edib-etməməsi, KXDR-in reket sınaqları kimi önəmli xarici siyasət məsələlərinə dair kifayət qədər bəyanatlar verməməsi ilə bağlı olduğunu vurğulayıblar.
Dövlət Departamentinin nümayəndələri Tillersonun publika önünə çıxmadan da fəal çalışdığını bildiriblər. Lakin qurum Tillersonun mümkün istefası haqqında rəsmi mövqe bildirməyib.