Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gəlmək niyyətindədir
Abzas.net xəbər verir ki, bu barədə Armen Aşotyan “Facebook” səhifəsində yazıb. Gender bərabərliyi məsələlərin müzakirə edəcəklər
Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində “Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.
Məlumata görə, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən bu tədbirdə iştirak etmək üçün dəvət alıb.
Milli Məclisin Mətbuat xidmətindən bildiriblər ki, erməni deputatların adları iclas iştirakçılarının siyahısında var, lakin onların tədbirə qatılıb-qatılmayacaqları barədə dəqiq məlumat yoxdur. Report