Britaniya parlamenti ölkənin Avropa Birliyindən çıxması barədə qanunu ikinci oxunuşda qəbul edib.
Baş nazir Theresa May hökumətinin hazırladığı sənəd 36 səs çoxluğu ilə qəbul edilib.
Sənədə qarşı çıxanlar, xüsusilə də leyboristlər, bunu mühavizəkarların öz kabinetlərinin səlahiyyətlərini genişləndirmək cəhdi kimi qəbul edirlər.
Brexit-lə bağlı danışıqlar Londonla Brüssel arasında iyunun 19-dan başlanıb.
Danışıqlar bu ilin sonunadək davam edəcək.
Britaniya sakinləri 2026-cı il iyunun 23-də keçirilən referendumda azacıq səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.
Böyük Britaniya birlikdən çıxmaq üçün özünün milyardlarla avro maliyyə öhdəliyinə əməl etməlidir.