BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
4 Sentyabr 2017
Mətni dəyiş

ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, iclasın sentyabrın 4-də keçiriləcəyi bildirilir.

KXDR-in son nüvə sınağından sonra 5 dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun