BMT rəhbərliyi Fövqəladə Vəziyyətlərə münasibət üzrə Mərkəzi Fonddan (CERF) Myanma qaçqınlarına kömək üçün 7 milyon dollar ayıracaq.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok deyib.
"CERF – nə vaxt və harada ehtiyac olsa, insanlara ən sürətli yardım üsullarından biridir", - deyə o bildirib.
Loukokun sözlərinə görə, fond əlavə sığınacaqlar və ərzaq verir, həmçinin kritik vəziyyətdə olanlara tibbi xidmətlər göstərir.
O, həmçinin Myanmadan olan qaçqınlara humanitar yardımın maneəsiz girişini təmin etməyə və təhlükəsizliyə zəmanət verməyə çağırıb.