BMT Təhlükəsizlik Şurası Şimali Koreya tərəfindən sayca altıncı və ən irimiqyaslı nüvə sınağı ardınca bu ölkəyə qarşı yeni sanksiyalara səs verib.
Neft idxalına məhdudiyyətlər və tekstil ixracına qadağanı nəzərdə tutan sanksiyalar Pxenyanı silah proqramı üçün tələb edilən gəlir mənbələrindən məhrum etmək cəhdidir.
ABŞ-ın təklif etdiyi daha sərt layihə neft idxalının tam qadağasını nəzərdə tuturdu.
Məhdudiyyətlərin yumşaldılmasından sonra Çin və Rusiya sanksiyaları dəstəkləməyə razı olublar və o, yekdilliklə qəbul olunub.