"Basta" qrupunun reperinin Ukraynaya girişi qadağan olunub

"Basta" qrupunun reperinin Ukraynaya girişi qadağan olunub
9 Sentyabr 2017
Mətni dəyiş

Ukrayna təhlükəsizlik xidməti Rusiyanın "Basta" qrupunun reperi Vasiliy Vakulenko-ya ölkəyə buraxmayıb.

Abzas.net xəbər verir ki, bu barədə "Apostrof" məlumat yayıb.

Reperin Ukraynaya daxil olmasının qadağan olunmasına səbəb, onun Krımın Rusiyaya birləşdirilməsindən sonra yarımadada çıxış etməsidir.

Ukrayna qanunvericiliyi Rusiya ərazisindən Krıma daxil olmağı qadağan edir.

Yarımadanı ziyarət etdiyinə görə, Rusiyanın "Eurovision"-dakı iştirakçısı Yuliya Samoylova 2017-ci ildə Ukraynada keçirilən yarışmaya buraxılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun