Ali Məhkəmə "Google"-dan referendumla bağlı proqramların silinməsini xahiş edib

Ali Məhkəmə "Google"-dan referendumla bağlı proqramların silinməsini xahiş edib
30 Sentyabr 2017
Mətni dəyiş

Kataloniya Ali Məhkəməsi "Google" şirkətinə qərarını göndərib.

Abzas.net xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında bildirilir.

Ali Məhkəmə "Google" şirkətinə göndərdiyi qərarında xahiş edir ki, "Google Play"-də mobil telefonlar üçün Kataloniyada keçiriliəcək referendumla bağlı proqramlar silinsin.

Məhkəmə "Google"-dan xahiş edir ki, gələcəkdə bu və buna bənzər proqramları silsin və bloklasın.

3-cü gün Kataloniyanın rəhbəri Carles Puchdemon referendum haqda məlumat alına bilinəcək yeni proqramların yaradıldığı barədə elan verib. Bunun ardınca prokurorluq məhkəməyə müraciət edib.

Xatırlatma

Sentyabrın əvvəlində Kataloniya parlamenti referendum haqda iki qanun qəbul edib. Birinci qanun referendumun keçirilməsi barəsində olub. İkinci qanun isə referendumdan qalib gələcəyi halda muxtariyyatın İspaniyanın tərkibindən çıxmasını nəzərdə tutub.

Rəsmi Madrid həm hər iki qanunu, həm də referendumun özünü qanunsuz hesab edir. İspaniya rəhbərliyi əmin edir ki, referendum baş tutmayacaq. Kataloniya rəhbərliyi isə, əksinə, əmindir ki referendum baş tutacaq.

Referendum 1 oktyabr tarixinə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun