ABŞ və Yaponiya Hərbi Hava Qüvvələri Şərqi Çin dənizində birgə təlimlər keçirib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, təlimdə Yaponiyanın iki F-15 və ABŞ-ın iki B-1 strateji qırıcı təyyarələri iştirak edib.
Məlumata görə, təlimlər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi və Koreya yarımadasında müşahidə olan gərginlik səbəbindən keçirilib.