ABŞ Senatı Rusiya ilə bağlı daha bir qanun hazırlayır

ABŞ Senatı Rusiya ilə bağlı daha bir qanun hazırlayır
1 Sentyabr 2017
Mətni dəyiş

Amerikalı senatorlar Rusiyanın “Rosneft” şirkətinin Venesuelanın neft-qaz şirkətindəki (“Petroleos de Venezuela SA”) ABŞ aktivlərini əldə etməsinə mane olmaq məqsədilə qanun layihəsi hazırlayıblar.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Petroleos de Venezuela” özünün törəmə şirkəti olan “Citgo Petroleum Corp.”ın aktivlərinin yarısını “Rosneft”dən aldığı kreditin təminatı kimi Rusiya tərəfinə təklif edib. ABŞ-da “Citgo”nun 3 neft emalı müəssisəsi və onlarla neft anbarı var. Senatorlar qanun qəbul edərək sövdələşməyə mane olmaq və Trump administrasiyasını həmin razılaşmanı blok etməyə inandırmaq istəyirlər.

WSJ yazır ki, “Rosneft” ABŞ-dakı bu cəhdlərdən xəbərdardır və Venesuela ilə başqa girov variantlarını müzakirə edib. Maduro hökumətinin Rusiyaya nəinki Venesuelanın neft layihələrində iştirak etməyi, həm də kreditin girovu və ödənişləri kimi xam neftin özünü təklif etdiyi bildirilir.

“Rosneft” ABŞ-ın sanksiyaları altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun