ABŞ-ın Rusiyadakı yeni səfirinin adı bəlli olub

ABŞ-ın Rusiyadakı yeni səfirinin adı bəlli olub
29 Sentyabr 2017
Mətni dəyiş

ABŞ Rusiyaya yeni səfirini təyin edib.

Sentyabrın 28-də ABŞ Senatı səs çoxluğuyla ölkənin Çindəki keçmiş səfiri Jon Huntsman-ı Rusiyaya səfir postuna təsdiqləyib.

Bundan başqa, Senat John Bass-ı Əfqanıstana səfir, Wess Mitchell-i isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi postlarına təsdiqləyib.

Vaxtilə ABŞ-ın Yuta ştatının qubernatoru olmuş Huntsman-ın böyük diplomatik təcrübəsi var. O, keçmiş prezident Barack Obama-nın Pekində, keçmiş prezident George H.W.Bush-un isə Sinqapurda səfiri olub.

Rusiyada səfir postu indi həssas vəzifə sayılır. Belə ki, Konqresin bir neçə komitəsi Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

57 yaşlı Huntsman bu ayın əvvəlində Konqresdə ifadə verib:

"Rusiya hökumətinin ABŞ-da seçkiyə müdaxilə etməsiylə bağlı heç bir şübhə yoxdur… Moskva dostlarımızın və müttəfiqlərimizin demokratik proseslərinə müdaxilə etməkdədir".

Huntsman konqresmenlərə onu da deyib ki, rusiyalı rəsmilərə hərəkətlərinə görə məsuliyyət daşıdıqlarını tərəddüd etmədən xatırladacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun