ABŞ-ın Florida ştatı təbii fəlakət zonası elan edilib

ABŞ-ın Florida ştatı təbii fəlakət zonası elan edilib
11 Sentyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump İrma qasırğasının yaratdığı vəziyyət səbəbilə Florida ştatını təbii fəlakət zonası elan edib.

Abzas.net xəbər verir ki, bu barədə Florida qubernatoru Rick Scott təkliflə çıxış etmişdi. Trump qubernatorun təklifini dəstəkləyib və Florida təbbi fəlakət zonası elan edilib.

Bu qərar, qasırğadan zərər çəkmişlərə və orada çalışan dövlət işçilərinə ödəmənin edilməsi məqsədilə ləngimədən lazımi miqdarda federal resursları həmin zonaya yönəltməyə şarait yaradır.

Qubernator bildirib ki, prezident artıq qərarı təsdiqləyib:

"Aydındır ki, İrma qasırğasının bizi muhasirəyə aldığı bir zamanda bütün ölkə Florida ilə birlikdədir. Mən bilirəm ki, planetin hər tərəfindən olan insanlar bizə kömək etmək istəyirlər. Bu bizə güc verir. Mən Florida əhalisi adından bu dəstəyi qiymətləndirdiyimizi bildirmək istəyirəm."

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun