ABŞ-da DACA proqramının (qanunsuz miqrantların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın ) ləğv edilməsinə etiraz olaraq bir neçə şəhərdə etiraz aksiyaları keçirilib.
Abzas.net xəbər verir ki, aksiyalar zamanı 30 nəfərədək etirazçı saxlanılıb. Onların əksəriyyəti miqrant övladlarıdır.
Etirazçılar aksiya məkanı olaraq "Trump Tower" binalarının qarşısını seçiblər.
DACA proqramı ilə bağlı açıqlamanı keçən gün ABŞ-ın baş prokuroru Jeff Sessions verib. O, 2012-ci ildə Obama tərəfindən qəbul edilmiş proqramın ləğv edildiyini bildirib.
Rəsmi rəqmlərə görə, DACA proqramı ABŞ-da yaşayan 750 minə insanı əhatə edir.