Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib

Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib
1 Sentyabr 2017
Mətni dəyiş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyətini onun mühafizəçilərinə qarşı ittiham irəli sürdüyünə görə tənqid edib.

"Report"un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, o, ABŞ-ın qonaqların mühafizəsinə görə məsuliyyət daşıdığını deyib.

"Əgər onlar öz vəzifələrini icra etmirlərsə, PKK üzvlərinin hücumu zamanı mənim mühafizəçilərim vəzifələrini icra etməməlidirlər? Mühafizəçilərim vəzifələrini icra ediblər", - R.T.Ərdoğan bildirib.

Daha öncə ABŞ rəsmiləri 19 nəfərə qarşı ittiham irəli sürüblər. Onların sırasında Türkiyə Təhlükəsizlik Xidmətinin 15 əməkdaşı da var. Onlar bu ilin may ayında R.T.Ərdoğanın ABŞ-a səfəri zamanı etiraz aksiyası iştirakçılarına hücum etməkdə təqsirləndirilirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun