Yaponiya Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiya siyahısına dörd Çin və iki Namibiya şirkətini daxil edərək onu genişləndirmək qərarına gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Yaponiya hökuməti məlumat yayıb.
Xüsusilə, KXDR-in raket və nüvə proqramları ilə əlbir olmaqda şübhəli bilinən Çin bankı "Dandong" sanksiyalara məruz qalıb. İddiaya görə, siyahıya adı daxil edilən Namibiya şirkətləri KXDR-dən işçi qəbulunda şübhəli bilinirlər. Siyahıya, həmçinin bir Çin və bir KXDR vətəndaşı da düşüb.