Yaponiya hökuməti ölkəni Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür

Yaponiya hökuməti ölkəni Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür
12 Avqust 2017
Mətni dəyiş

Yaponiya hökuməti ölkəni Şimali Koreyanın mümkün raket zərbələrindən qorumaq üçün "Patriot PAC 3" hava hücumundan müdafiə sistemləri quraşdırılmasına qərar verib. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri Simane, Xirosima, Exime və Koti prefekturalarda quraşdırılıb.

Eyni zamanda Yaponiya Silahlı Qüvvələri "Aegis" izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaq.

Qeyd edək ki, bir müddət öncə KXDR rəsmiləri Sakit okeanında ABŞ-a məxsus Quam adasına raket zərbələri endirilməsi ilə hədələyiblər. Pxenyan rəsmiləri raketlərin Yaponiya üzərindən keçəcəyini söyləyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun