Avqustun 10-u səhər Xəzər dənizində zəlzələ olub.
Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Mərkəzin xəbərinə görə, yerli vaxtla saat 02:24- də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 60 km dərinlikdə yerləşib və maqnitudası 3 olub.
Zəlzələ hiss edilməyib.