Venesuela Xarici İşlər Nazirliyi (XİN) Peru prezidenti Pedro Pablo Kuçinskini "xalq düşməni" adlandırıb.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, XİN Peru prezidentini Venesuelanın daxili işlərinə qarışmaqda və tarixən yaxşı olan əlaqələri pozmada ittiham edib.
XİN-in bəyanatında bildirib ki, Venesuela hökuməti siyasi elitanın etdiyi hərəkətlərə rəğmən, Peru xalqı ilə əlaqələri gücləndirmək üçün addımlar atacaq.
Xatırladaq ki, bundan öncə Peru XİN-i Venesuela səfirini ölkədən qovub