Venesuellada Konstitusiya Assambleyasına seçkilərlə bağlı araşdırma başladılıb

Venesuellada Konstitusiya Assambleyasına seçkilərlə bağlı araşdırma başladılıb
3 Avqust 2017
Mətni dəyiş

Venesuelanın baş prokurorluğu ölkədə iyulun 30-da keçirilən Konstitusiya Assambleyasına seçkilərlə bağlı araşdırmalara başlayıb.

Bu barədə CNN telekanalına Venesuelanın baş prokuroru Luisa Ortega Diaz bildirib.

Rəsmi məlumatlara əsasən, seçkilərdə 8,1 milyon insan və yaxud seçicilərin 41,53%-i iştirak edib. Səsverməni mübahisəli hesab edən  müxalifət ölkənin baş prokurorluğuna müraciət edib.

Hazırda Luisa Ortega Diaz-ın özü barəsində ibtidai istintaq aparılır. O, vəzifəsini icra edərkən qanunsuz hərəkətlər etməkdə şübhəli bilinir.

Venesuelada prezident Nicolas Maduro-nun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Ölkədə  davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun