Venesuellada iki müxalifət lideri saxlanılıb

Venesuellada iki müxalifət lideri saxlanılıb
1 Avqust 2017
Mətni dəyiş

Venesuella xüsusi xidmət orqanları ev dustaqlığında olan iki müxalifət liderini saxlayıb.

Abzas.net xəbər verir ki, bu barədə saxlanılanların yaxınlarına istinadən AFP agentliyi məlumat verib.

Venesuella xüsusi xidmət orqanları ev dustaqlığında olan iki müxalifət liderini - Loepoldo Lopez və Antonio Ledesma-nı saxlayıb.

"Onlar sadəcə Leopoldo-nu evdən apardılar. Onu niyə və hara aparıldığı barədə heç bir məlumatımız yoxdur" deyə Lopes-in həyat yoldaşı bildirib.

Ledesma-nın həbsini isə onun övladları təsdiq edib.

Aprelin əvvəlindən başlayaraq, Venesuellada son illərdə hökümətə qarşı olan ən böyük etiraz aksiyları keçirilir. Buna səbəb, Nicolas Maduro-nun səlahiyyətlərinin genişləndirilməsi, onun siyasi rəqibləri tərəfindən idarə olunan parlamentin səlahiyyətlərinin isə məhdudlaşdırılması haqda Ali Məhkəmənin verdiyi qərarlar oldu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun