Venesuella müxalifəti ABŞ-ın ölkələrinə tətbiq etdiyi sanksiyaları dəstəklədiyini açıqlayıb.
Abzas.net xəbər verir ki, Venesuellanın müxalifət partiyalarının koalisiyası, ABŞ tərəfindən ölkəyə qoyulan sanksiyaları dəstəklədiyini bildirib və beynəlxalq ictimaiyyəti ölkə rəhəbərliyi ilə iqtisadi əlaqələri məhdudlaşdırmağa çağırıb.
Bu barədə "Demokratik birlik bloku" alyansı öz "Twitter" hesabında məlumat yayıb.
"Venesuellada ədalət olmadığı müddətdə, insan haqqlarını tapdalayan və ölkə sərvətini talayanlara qarşı qoyulmuş sanksiya hər zaman bizim tərəfimizdən dəstəklənəcəkdir", - deyə, sənəddə qeyd olunub.
"Biz, beynəlxalq ictimaiyyəti, öz vətəndaşlarını və şirkətlərini Venesuella rəhbərliyi ilə iqtisadi əlaqələrə girməmələri barədə xəbərdar etməyə çağırırıq", - deyə, bəyanatda vurğulanıb.
Bir neçə gün öncə, ABŞ prezidenti Donald Trump Venesuellaya qarşı sanksiyaları sərtləşdirən sənədi imzalayıb.
Venesuella prezidenti Nicolas Maduro avgustun 24-də etdiyi çıxışda bildirmişdi ki, sanksiyaları dəstəkləyən yerli siyasətçilər vətən xaini qismində məhkəmə qarşısına çıxarılmalıdır. O, hətta bununla bağlı Ali Məhkəmə və Konstitusiya Assambleyası rəhbərliklərinə bununla bağlı müraciət etdiyini də vurğulayıb.