Türkiyədə ABŞ təyyarəsinə hücuma hazırlaşmaqda şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib.
Bu barədə “Hebrturk” və “Hurriyet” də daxil olmaqla Türkiyənin kütləvi informasiya vasitələri xəbər verir.
Məlumata görə o pilotsuz aparatla İncirlik bazasında ABŞ-ın bombardmançı təyyarələrindən birini vurmağa hazılaşırmış.
Mətbuatın yazdığına görə, Renat Bakiev adlı həmin şəxs “İslam dövləti” təşkilatının tərəfdarıdır.
Rusiyanın Türkiyədəki səfirliyi məsələnin araşdırıldığını bildirir.
İncirlik bazası Türkiyənin cənubunda yerləşir.
Bu bazadan ABŞ və onun rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın Suriya və İraqda əməliyyat keçirən hərbi təyyarələri istifadə edir.