Türkiyə XİN ABŞ-da Erdoğanın mühafizəçiləri barəsində məhkəmənin başladılmasına etiraz edib.

Türkiyə XİN ABŞ-da Erdoğanın mühafizəçiləri barəsində məhkəmənin başladılmasına etiraz edib.
31 Avqust 2017
Mətni dəyiş

Türkiyə XİN ABŞ-da Erdoğan-ın mühafizəçilərinə qarşı məhkəmənin başlanmasına qərar verilməsinə etiraz edib. 

Abzas.net xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Türkiyə XİN, ABŞ-da səfirliyin önundə baş vermiş qarşıdurma ilə bağlı ABŞ-ın prezident Recep Tayyip Erdoğanın 15 mühafizəçisinə qarşı məhkəmə işini başlatmasına etiraz edib.

"Biz, bu ittihamlara ən kəskin şəkildə etiraz edirik. Bu məsələ ilə bağlı mövqeyimizi ABŞ-ın Ankaradakı səfirinə çatdırmışıq", - bəyanatda bildirilir.

Qərar barədə 30 avqust tarixində məlumat verilib. "Cinayət törətmək məqsədilə, şəxsə qarşı zor tətbiq etmə" maddəsi ilə həmçinin iki ABŞ və iki Kanada vətəndaşı da ittiham olunur. Sənəddə bildirilir ki, 19 nəfər ittiham olunan şəxs, "təhlükəli silah istifadə etməklə hücum ediblər" və "dinc aksiyada iştirak edən etirazçılara intensiv şəkildə ayaq zərbələri endiriblər". Onları 15 ilədək həbs gözləyir.

16 may tarixində, ABŞ-dakı Türkiyə səfirliyinin bunasının qarşısında, Erdoğan orda olan zaman, dinc etirazçılarla Erdoğan tərəfdarları arasında qarşıdurma yaranıb. Nəticədə 9 nəfər xəsarət alıb.

   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun