Trump Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan sənədi imzalayıb

Trump Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan sənədi imzalayıb
3 Avqust 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Abzas.net xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

İyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Əsəd rejimini dəstəklədiyinə və ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur. Obama dövründə prezident fərmanı ilə tətbiq olunmuş sanksiyalar isə qanun halına salınır.

Yeni qanuna əsasən, prezident sanksiyaları Konqressin icazəsi olmadan ləğv edə bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun