ABŞ prezidenti Donald Trump «green card» alınması qaydalarını dəyişməyi təklif edib.
İki senatorla birlikdə ABŞ prezidenti «The RAISE» adlı qanun layihəsi hazırlayıb. Bu layihədə Birləşmiş Ştatlarda yaşama izni verilməsində loto üsulunun ləğvi nəzərdə tutulub.
Trump-ın təklifinə görə, «green card» verilməsi zamanı ingilis dilini yüksək səviyyədə bilənlərə, yaxşı gəlirləri olanlara və peşə baxımından ABŞ üçün səmərəli olanlara üstünlük verilməlidir. Prezidentin fikrincə, hazırki «green card»verilməsi üsulu gətirib ona çıxarıb ki, Birləşmiş Ştatlara xeyli sayda sosial müavinətlər alan «çox az gəlirli miqrantlar» köçüblər.
Hazırki «green card»verilməsi üsulu 1990-cı ildən qüvvədədir. Hər il bu yolla 50 minə yaxın adam ABŞ-da yaşamaq və işləmək icazəsi əldə edir.