Şimali Koreya daha bir raketin sınağını keçirib: bu dəfə Yaponiyanın üstündən keçib

Şimali Koreya daha bir raketin sınağını keçirib: bu dəfə Yaponiyanın üstündən keçib
29 Avqust 2017
Mətni dəyiş

Şimali Koreya orta mənzilli ballistik raketlərin sınağını həyata keçirib.

Abzas.net xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Itsunori Onodera məlumat verib.

"Biz bütün əldə olunmuş məlumatları analiz etdikdən sonra, raketlərin orta mənzilli olduğunun qənaətinə gəldik", - deyə, nazir bildirib.

Onun sözlərinə görə raket hər zamankı kimi yüksək yox, adi traektoriya üzrə buraxılıb.

Raket Hokkaydo adasının üstündən keçərək Sakit okeana düşüb.

Cənubi Koreyalı hərbçilərin məlumatına görə, raket təxminən 2.7 min km məsafə qət edib və 550 km hündürlüknən uçub.

Yaponiyanın nazirlər kabinetinin baş katibi Yoshihide Suga bildirib ki, bu məsələ artıq Yaponiyanın və bütün regionun təhlükəsizliyi məsələsidir.

"Biz ən qısa müddətdə BMT-nin Təhlükəsizlik Şurasının toplanmasına çalışacayıq", - deyə baş katib qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun