Şimali Koreya daha 3 raketin sınağını həyata keçirib - Ağ ev hadisələri diqqətlə izləyir

Şimali Koreya daha 3 raketin sınağını həyata keçirib - Ağ ev hadisələri diqqətlə izləyir
26 Avqust 2017
Mətni dəyiş

Şimali Koreya daha 3 raketin sınağını həyata keçirib.

Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okeandakı donanmasının rəhbərliyi məlumat verib.

Raketlər qısa mənzilli olub və məlumata görə, buraxılan kimi partlayıb.

Məsələyə münasibət bildirən Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlərə açıqlamasında hadisə haqda prezidentə məlumat verildiyini bildirib.

"Prezident Şimali Koreyanın yeni raket sınaqları haqda məlumatlandırılıb. Ağ ev Şimali Koreya ətrafında hadisələri diqqətlə izləyir", - deyə Sanders bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun