Şimali Koreya ABŞ-ın Sakit okeandakı Guam ərazisinə raket zərbələri həyata keçirməyi nəzərdən keçirdiyini bəyan edib.
Rəsmi mediada yayılmış bu bəyanat, prezident Donald Trump-ın Şimali Koreyanı "od-alovla" təhdidlərindən sonra verilib.
Şimali Koreyanın rəsmi informasiya agentliyi bildirib ki, ABŞ-ın strateji bombardmançı təyyarələrinin yerləşdiyi əraziyə -Guam-a orta məsafəli raket atmaq planlaşdırılır.
Son bəyanatlar iki ölkə arasında gərgin ritorikanı daha da artırıb.
BMT bu yaxınlarda Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları təsdiqləyib. Pxenyan bunu "suverenliyinin zorakı şəkildə pozulması" adlandırıb və ABŞ-a bunun "əvəzini ödəyəcəyini" deyib.
Hadisələr necə bu vəziyyətə gəldi?
Bundan sonra Washington Post qəzetində çıxan bir xəbərdə Şimali Koreyanın bir raketinin içinə yerləşdiriləcək qədər kiçik bir nüvə başlığı hazırladığı iddia olunub.
Xəbərdə Şimali Koreyanın güman ediləndən çox daha qısa bir müddətdə ABŞ-ı vura biləcək qabiliyyətə nail olacağı vurğulanırdı.
Şimali Koreya, iyul ayında iki qitələrarası balistik raket sınağı keçirib və ABŞ-ı vura biləcək qabiliyyətə çatdığını iddia etmişdi.
ABŞ prezidenti Trump isə Şimali Koreyanın son sınaqlarına və açıqlamalarına cavab olaraq, "Şimali Koreya ABŞ-ı daha çox təhdid etməsə yaxşı olar. Dünyanın heç görmədiyi bir atəş və hirslə qarşı-qarşıya qalacaqlar" deyib.
Kiçik, amma önəmli Guam
- Sakit Okeanda Filippin və Havay arasında 541 kvadrat kilometrlik vulkan və mərcan adasıdır.
- Əhalisi 163,000 nəfər olan ada "mütəşəkkil deyil"
- ABŞ-ın hərbi bazaları adanın təxminən dörddə birini əhatə edir. Burada təxminən 6 min qulluqçu var və daha minlərlə hərbçinin köçürüləcəyi planları var.
- Bura ABŞ üçün həyati əhəmiyyətli məkandır, çünki Cənubi Çin Dənizi, Koreyalar və Tayvan Boğazı kimi yerlərə çıxış verir.