Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
29 Avqust 2017
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun