Səudiyyə Ərəbistanı və İraq 1990-cı ildən bəri bağlı olan iki ölkə arasındakı Arar keçid məntəqəsini açmaq qərarına gəliblər.
"Qazeta.Ru"-nun məlumatına görə, sərhədlər İraqın sabiq prezidenti Səddam Hüseynin Küveytə hücum etməsindən sonra bağlanmışdı. Son 27 il ərzində sərhədlər yalnız ildə bir dəfə - Həcc ziyarət zamanı açılırdı.
Bu məqsədlə hər iki ölkənin rəsmilər sərhəd ərazilərə baş çəkib, həmçinin onlar İraqdan olan zəvvarlarla söhbətləşiblər.
İraqın Ənbar vilayətinin rəhbəri Sohaib əl-Ravi Arara gedən yolu qorumaq məqsədilə hərbçilər göndərildiyini bəyan edib. Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımdır.