Rusiyanın “Life” telekanalı yayımını dayandırıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu “News Media” holdinqinin direktoru Aram Qabrelyanov bildirib.
Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.
Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.
Telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altında saxlanılan Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb.