Rusiyada məhkəmə zalında atışma nəticəsində 4 nəfər ölüb.
APA-nın RBC agentliyinə istinadən verdiyi məlumata görə, daha 3 nəfər yaralanıb.
İttiham olunanların vəkili isə “RİA Novosti”yə bildirib ki, ölənlərin hamısı “GTA dəstəsi”nin üzvləridir.
TASS-ın mənbəyə istinadən verdiyi məlumatda isə deyilir ki, ittiham olunanlardan 3 nəfər ölüb, digər iki nəfər isə tərksilah olunub.
Rusiyada məhkəmə zalında atışma olub.
RBC agentliyinin yaydığı məlumata görə, hadisə Moskva vilayət məhkəməsində “GTA dəstəsi” işi üzrə proses zamanı baş verib.
Vəkil Sofya Rubasskaya bildirib ki, azı 20 dəfə atəş səsləri eşidilib. Onun sözlərinə görə, atışma nəticəsində yaralanan şəxslər var. Onların arasında konvoy və qadın məhkəmə icraçısı var.
Şahidlərin bildirdiyinə görə, atəş açan şəxslər konvoylardan birinin silahını əlindən alıblar.