Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb.
APA-nın “Moskva” agentliyinə istinadən verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.
Axtarış zamanı onun üzərindən kontraseptivlər, intim təyinatlı digər vasitələr və DİN-nin əməkdaşı olmasına dair vəsiqə çıxıb.
Araşdırmalar nəticəsində qadının DİN-nin əməkdaşı olduğunu təsdiqlənib.
Faktla bağlı araşdırma davam etdirilir.