Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Soçidə Ermənistanın dövlət başçısı Serj Sarksyanla görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də müzakirə ediləcək.
Məlumata görə, tərəflər görüşdə beynəlxalq və regional məsələlərə dair problemləri də müzakirə edəcəklər. Bundan öncə martın 15-də tərəflərin Moskvada görüşü olmuşdu. Görüşdə ikitərəfli münasibətlər müzakirə olunmuşdu. Daha sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Soçidə görüşmüşdü.