Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək

Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək
18 Avqust 2017
Mətni dəyiş

Rusiya ilk dəfə Türkiyə və Taylandı çoxməqsədli "Ka-32" helikopterləri ilə təchiz edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Vertolyotı Rossii" holdinqinin yaydığı məlumatda şirkətin xarici ölkələrə bu tip 8 helikopter göndərəcəyi bildirilib.

İmzalanmış sazişlərin detalları açıqlanmır.

Qeyd edək ki, "Ka-32" tipli çoxməqsədli helikopter xüsusi axtarış-xilasetmə və yüksəklikdə montaj işlərinin həyata keçirilməsi, yanğınsöndürmə, yükdaşıma, xəstə və yaralıların evakuasiyası, həmçinin patrul və xüsusi xidmət orqanlarının əməliyyatlarını təşkil etmək üçün nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun